Xəbər lenti

İran neft hasilatını dondura biləcəyini bildirib
Ekonomiks15:22 08.05.2016

İran neft hasilatını dondura biləcəyini bildirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tehranın yeni qərarı bazarlara müsbət təsir göstərib.
İran neft hasilatını dondurmaq planına qoşulmağa hazır olduğunu bildirib.
ANS PRESS-in məlumatına görə, bu barədə İran Milli Neft Şirkətinin nümayəndəsi bildirib. 
Rusiyanın “Exo Moskvı” radiosunun yaydığına görə, artıq İslam Respublikası neft hasilatını dondurmaq üzrə OPEK ölkələri tərəfindən edilən çağırışlara hazırdır. Amma bununla belə, İran Milli Neft Şirkətinin nümayəndəsi son qərarın hökumət tərəfindən veriləcəyini bildirib.
Analitiklər bu qərarı ölkənin artıq lazım olan səviyyədə, yəni gündə 4 milyon barrel neft  hasilatı səviyyəsinə qalxması ilə izah edirlər. Tehran hasilatı dondurmaq barədə qərarı məhz bu səviyyəyə qalxdıqdan sonra verəcəyini bildirmişdi. Buna görə də İran aparıcı neft hasilatçısı ölkələrin aprelin 17-də Dohada keçirilmiş hasilat səviyyəsinin dondurulması ilə bağlı keçirdiyi konfransa qatılmamışdı. Nəticədə konfransda yekun qərar əldə edilməmişdi.
İstənilən halda, İran Milli Neft Şirkətinin nümayəndəsinin qərarı dünya bircalarına təsir göstərib. Məsələn, bu gün dünya bircalarında Brent neftinin 1 barrelinin qiyməti  1,8 dollar bahalaşaraq  46 dollara qədər qalxıb.   
Qaynarinfo.az