Xəbər lenti

İran neft hasilatının həcmini sanksiya qədərki səviyyəyə çatdırıb
Ekonomiks17:40 12.05.2016

İran neft hasilatının həcmini sanksiya qədərki səviyyəyə çatdırıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda neft hasilatının həcmi sanksiya qədərki səviyyəyə çatıb. 
APA-nın   “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin məlumatında bildirilir. Məlumata görə, apreldə İranda neft hasilatının həcmi sutkada 3,56 mln barelə çatıb. Bunun  2011-ci ilin noyabrından bəri ən yüksək göstərici olduğu bildirilir. Eyni zamanda, neft ixracının həcmi sutkada 2 mln barelə çatıb.  
İran neftinin ən iri idxalçısı Çin olub. Bu ölkə İrandan gündəlik 800 min barel neft idxal edib.  
Qaynarinfo.az