Xəbər lenti

İran parlamenti sədrinin birinci müavini Azərbaycana səfərə gəldi
Siyasət16:23 16.05.2022

İran parlamenti sədrinin birinci müavini Azərbaycana səfərə gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 16-da İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İranın parlament nümayəndə heyətini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər qarşılayıblar.