Xəbər lenti

İran rəsmisi sabah Ermənistana gedəcək
Dünya06:48 06.07.2022

İran rəsmisi sabah Ermənistana gedəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi erməni həmkarının rəsmi dəvəti ilə Ermənistana gedəcək.
Qaynarinfo bu barədə ILNA agentliyinə istinadən xəbər verir.
İran Ali Rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın rəsmi dəvəti ilə sabah cümə axşamı Ermənistan Respublikasına gedəcək. 
Bu səfər zamanı Şamxani erməni həmkarı ilə görüş və söhbət etməklə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcək və ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Qeyd edilir ki, admiral Şamxani Ermənistandan sonra Qafqaz regionunun bəzi digər ölkələrinə də səfər edəcək.
M.Arif