İraqın paytaxtı Bağdadda 2 ardıcıl zəlzələnin baş verdiyi deyilir.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, gücləri 5,5 və 5,2 bal olan 2 ardıcıl təkan qeydə alınıb və aralarındakı müddət 10 dəqiqə olub. Avropa Seysmoloji Mərkəzinin yaydığı məlumatda deyilir ki, zəlzələnin əsas mərkəzi İranın Mandali qəsəbəsi olub. İranda səhər saatların 5,1 bal gücündə zəlzələ qeydə alınmışdı. Təkanlar Bağdadla bərabər bir çox ərazidə də hiss edilib.
Zəlzələnin mal və insan itkisinə səbəb olması barədə xəbər yayılmayıb.
Gülşən