Xəbər lenti

İran Xocalı soyqırımını tanıyacaqmı? (ŞƏRH)
Siyasət09:15 07.08.2021

İran Xocalı soyqırımını tanıyacaqmı? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Milli Məclis spikerinin çağırışlarına rəğmən, İranın Xocalı soyqırımını tanıyacağını gözləmirəm”. 
Bunu Qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarovanın İran İslam Şurası Məclisinin rəhbəri Məhəmmədbaqer Qalibafla görüşdə bu ölkəni Xocalı soyqırımını tanımağa çağırması fonunda Tehranın buna gedib-getməyəcəyi barədə danışarkən deyib. 
Həmsöhbətimizin fikrincə, Rusiya bu istiqamətdə addım atmayınca, İran da ona getməyəcək:   
"Çünki İranın Rusiya və Ermənistanla müttəfiqlik münasibətləri elə səviyyədədir ki, Tehran bu addımı atmaz. Rusiya haçan Xocalı soyqırımını qəbul etsə, bu halda İran rejimi də soyqırımı tanıyacaq. Soyqırımın törədilməsində iştirak edən qüvvələrdən biri Rusiyanın 366-cı motoatıcı alayı olub. Yəni bu cinayətdə Rusiya da iştirak edib. Belədə Xocalı soyqırımını tanımaqla İran hakimiyyəti həm də Rusiyanın hərbi cinayətini tanımış olacaq. Ona görə də İran hakimiyyətinin belə bir addım atacağını ehtimal etmirəm. Birmənalı olaraq deyirəm ki, İran parlamenti buna getməyəcək”. 
Milli Məclisin deputatı Elman Məmmədov da sözügedən məsələdə optimist deyil: 
"Bütün Azərbaycan bu məsələdə İranın tutduğu mövqeyi gözəl bilir. Səmimi danışmalıyıq. İran bu məsələlərdə həmişə ermənilərlə həmrəy olub.  Ancaq buna baxmayaraq, Azərbaycan hər zaman İranla münasibət və əməkdaşlığın yüksək səviyyədə olmasını arzulayıb, hər zaman bu istiqamətdə addım atmışıq və atmaqda davam edirik. İranda 30 milyondan çox soydaşımız yaşayır. Dinimiz birdir və biz bu yolda səmimiyik. İslam dəyərlərini təhqir edən və murdarlayanlarla əməkdaşlıq edilməməlidir”.
Rüfət Sultan