Xəbər lenti

İranda Babəyə edam cəzası verildi
Ölkə16:11 22.01.2017

İranda Babəyə edam cəzası verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaricə neft satışından əldə etdiyi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Babək Zəncaniyə edam ediləcəyi bildirilib.

Qaynarinfo.Az APA-ya istinadən xəbərverir ki, bunu bu gün İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Eceyi jurnalistlərə bildirib.

Q. Möhsini Eceyi deyib ki, bu iş üzrə təqsirləndirilən digər iki nəfərin edam hökmü isə dayandırılıb və Ali Məhkəmənin qərarı ilə iş yenidən araşdırılması üçün istintaqa qaytarılıb: “Əgər müstəntiq araşdırma zamanı Babək Zəncaniyə suallar ünvanlamaq istəsə, bunu edə biləcək”.

Q. Möhsini Eceyi nəzərə çatdırıb ki, bu iş üzrə hazırda bir müddət öncə İnterpolun vasitəsilə tutulub ölkəyə qaytarılan şəxsin istintaqı davam etdirilir.

Beləliklə, B. Zəncani edam hökmünün icrasını gözləyir.

Qaynarinfo.Az