Xəbər lenti

İranda biznesmenə 20 il həbs və 74 qamçı cəzası
Dünya13:15 21.05.2019

İranda biznesmenə 20 il həbs və 74 qamçı cəzası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranlı biznesmen Hüseyn Hidayəti 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo xəbər verir ki, İqtisadi Korrupsiya ilə Xüsusi Mübarizə Məhkəməsi Hidayəti barəsində 20 il həbs və 74 qamçı cəzası müəyyənləşdirib. Məhkəmənin qərarına görə, biznesmen dövlətə 489 milyard tümən ödəməli olacaq.
Hüseyn Hidayəti banklardan böyük miqdarda kredit götürüb ödəməməkdə, sahib olduğu əmlakların qiymətini yüksək göstərməkdə və iqtisadi analitiklərə rüşvət verməkdə ittiham edilib. 
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş üzvü olan Hidayəti "Steel Azin" futbol klubunun sahibidir. "Persepolis" klubunun da səhmlərinin bir hissəsi də ona məxsusdur.
Gülşən