Xəbər lenti

İranda “Hörümçək adam” tutuldu
Dünya16:50 02.09.2019

İranda “Hörümçək adam” tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın şimalında yerləşən Mazandaran vilayətinin Amol rayonunda mənzillərdən oğurluq edən peşəkar oğru saxlanılıb.
Qaynarinfo Trend-ə istinadən bildirir ki, bunu Mazandaran vilayətinin polis rəisi Mahmud Mirfeyzi deyib.
M.Mirfeyzinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində oğrunun "Hörümçək adam" filmindəki obrazın hərəkətlərindən istifadə edərək binalardan oğurluq etdiyi aşkarlanıb.
Polis rəisi oğrunun 47 mənzil və obyektdən oğurluq etməsinin məlum olduğunu deyib.
"Oğrunun evinə baxış keçirilərkən oğurlanan vasitələrin 35 milyard rial (təxminən 833 min dollar) olduğu aydınlaşıb".