Xəbər lenti

İranda İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin iki əməkdaşı öldürüldü
Dünya12:10 13.06.2022

İranda İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin iki əməkdaşı öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrananın "Sepah”a yaxın mediası İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin iki əməkdaşının həlak olduğunu bildirib. İki nəfərin ölümü ayrı-ayrılıqda baş verib.
Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.
Məlumara görə, ölənlərin adları Xomeyn dairəsinin aerokosmik bölməsinin üzvü Əli Kamani və Semnandakı bölmənin üzvü Məhəmməd Abdous olaraq bildirilib.
Fars Xəbər Agentliyi başqa bir xəbərdə Semnan Aerokosmik Birliyinin əməkdaşı Məhəmməd Abdousun "şəhadəti" barədə məlumat yayıb. 33 yaşlı gəncin iyunun 12-də öldürüldüyünü elan edib.
Mərkəzi Əyalət "Ruhullah” Korpusu açıqlamasında bildirib ki, Xomeyn şəhərindəki Aerokosmik Bölmənin üzvü Əli Kamani "missiya zamanı inqilabı qorumaq üçün illərlə apardığı mübarizədən sonra” qəza nəticəsində həlak olub.
İnqilab Keşikçiləri Korpusu onun rütbəsinin "leytenant” olduğunu deyib.
Mərkəzi əyalətdəki SEPAH Əli Kamaninin nə vaxt öldürüldüyünü açıqlamayıb.
Son həftələr müxtəlif hadisələrdə tanınmış İnqilab Mühafizəçilərinin öldürülməsi ilə bağlı çoxsaylı xəbərlər yayılıb.
Ən mühüm hadisələrdən biri onu öldürən SEPAH-ın Qüds Qüvvələrinin komandirlərindən olan Həsən Sayad Xodaiyə silahlı sui-qəsd olub. Sonradan bildirilib ki, "Qüds” qüvvələrinin üzvü Əli İsmayılzadə iyunun 29-da "Kərəcdəki evinin eyvanından yıxılaraq” ölüb.
"Aerokosmik sənaye alimi” Ayub Entezarinin şübhəli ölümü də diqqət mərkəzində olub və Yəzd valisi onu "şəhid” adlandırıb.
Bəzi İsrail KİV-ləri də iyunun 5-də "Natanz nüvə stansiyasında işləyən gənc alim Kamran Malapurun ölüm xəbərini yayıblar.
M.Arif