Xəbər lenti

İranda internet məhdudiyyətləri ilə bağlı yeni pıçıltılar gəzir
Dünya12:23 08.07.2022

İranda internet məhdudiyyətləri ilə bağlı yeni pıçıltılar gəzir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkə rəsmilərinin uzun müddətdir təklif etdiyi beynəlxalq internet əvəzinə İranda milli (daxili) internet planı həyata keçiriləcəkmi?
Qaynarinfo bu barədə VOA-in fars bölməsinin materialına istinadla xəbər verir.
İran mediasının yazdığına görə, daxili işlər naziri Əhməd Vahidi, rabitə naziri İsa Zərepur və informasiya naziri İsmayıl Xətib İnformasiya Nazirliyində görüşərək, kiberməkanın məzmununa nəzarət və monitorinq, eləcə də kibertəhlükəsizliyin qarşısının alınması yollarını müzakirə ediblər.
Qeyd edilir ki, bu görüşün təfərrüatları dərc olunmayıb, lakin ölkədə sosial şəbəkələrdə bəzi istifadəçilər bu görüşün beynəlxalq interneti məhdudlaşdırmaq və "milli interneti” işə salmaq ilə əlaqədar bilirlər. Müstəqil expertlər isə yuxarıda sadalanan səbəblərlə yanaşı, bu görüşun "son aylarda İran təşkilat və həmçinin qurumlarına edilən kiberhücumları araşdırmaq” məqsədi ilə keçirildiyini düşünürlər.
Aydın