Xəbər lenti

İranda kafedə partlayış baş verdi: uşaqlar da daxil olmaqla 8 nəfər öldü
Dünya06:48 15.06.2022

İranda kafedə partlayış baş verdi: uşaqlar da daxil olmaqla 8 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tehranda kafe-restoranlardan birində ad günü şənliyində hava şarlarının partlaması baş verib. 
Qaynarinfo Tasnim xəbər agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində azı 8 nəfər həlak olub.
Partlayışdan sonra yanğın baş verib. Hadisə nəticəsində üç uşaq, üç qadın və bir orta yaşlı kişi həlak olub.
Qeyd olunur ki, faciə binanın birinci mərtəbəsində yerləşən kafedə baş verib.
Bir anda heliumla doldurulduğu iddia edilən şarlardan biri partlayaraq otaqda yanğına səbəb olub.
Uşaqlar, qadınlar və kişi açıq havaya çıxmağa vaxt tapmayıb və boğulub.
Faktla bağlı araşdırma aparılır.
Alpər