Xəbər lenti

İranda kimya zavodunda partlayış - 112 nəfər zəhərləndi
Dünya19:56 13.06.2022

İranda kimya zavodunda partlayış - 112 nəfər zəhərləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda kimya zavodunda güclü partlayış olub.
Qaynarinfo-nun İRNa-ya istinadən məlumatına görə, hadisə Fars əyalətinin cənubunda yerləşən Firuzabad şəhəri yaxınlığındakı natrium karbonat zavodunda baş verib.
Partlayış nəticəsində azı 112 şəxsin xəsarət aldığı bildirilib. Onların zəhərli qazlardan təsirləndikləri məlum olub. Zərərçəkənlərin hamısı xəstəxanalara çatdırılıb.
Xilasetmə xidmətləri zavoddan ammonyak sızması təhlükəsini aradan qaldırmağa çalışır. Hakimiyyət orqanları yeni zəhərlənmələrin qarşısını almaq üçün Cam şəhərindən Firuzabada gedən yolu bağlayıb.