Dünən İranda qəzaya uğrayan və "Aseman" havayolu şirkətinə aid təyyarənin qalıqları tapılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, saat 08:00-da Tehrandan Yasuc şəhərinə yola düşən və 08:50-də radardan itən təyyarə pis hava şəraiti səbəbilə dağa çırpılmış və 60 sərnişin, 6 ekipaj üzvü dünyasını dəyişmişdi.
Dünən başlayan axtarış tədbirləri qar və dumana görə qeyri-mümkün idi. Ərazidə hələ də axtarış işləri aparılır.