XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İrandakı səfirliyimiz və konsulluğumuz müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edildi
Siyasət15:02 28.08.2026

İrandakı səfirliyimiz və konsulluğumuz müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edildi

Azərbaycanın diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına İran da daxil edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı Qərarda deyilir.

Baş nazirin qərarı ilə diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarında dəyişiklik edilib.

Bu Qərar 2026-cı il 1 mart tarixindən tətbiq edilir və 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.