Xəbər lenti

İrandan növbəti nüvə xəbərdarlığı
Dünya09:54 06.10.2019

İrandan növbəti nüvə xəbərdarlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran nüvə enerjisi sahəsində fəaliyyətlərini genişləndirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kamalvəndi açıqlama verib. Onun sözlərinə görə, razılaşmanı imzalamış ölkələr müvafiq addımlar atmasa, İran növbəti dəfə öhdəliklərinin bir qismindən imtina edəcək. Sözçü bildirib ki, Avropa ölkələri müqavilə şərtlərinə sadiq qalsa, İran nüvə fəaliyyəti addımlarına yenidən nəzər yetirə bilər.

Qeyd edək ki, ABŞ ötən ilin may ayında nüvə razılaşmasından imtina edib. İran isə bu ilin may ayında razılaşmanın öhdəliklərinin bir qismindən imtina etməyə başlayıb.

Gülşən