
İranla 5+1 ölkələri arasında razılaşdırılan və ölkənin nüvə proqramının yanvarın 20-dən etibarən dayandırılacağını nəzərdə tutan müqavilənin bir qisminin ictimaiyyətə açıqlanmadığı iddia olunur.
Qaynar.info xəbər verir ki, İran baş müzakirəçisi Abbas Əraqçının İSNA agentliyinə verdiyi açıqlamaya görə, müqavilə mətnində 30 səhifəlik qeyri-rəsmi bir bölmə yer alır və əsl önəmli nöqtələr cəmiyyətə açıqlanmayan bu bölmədədir.
Əraqçı fars dilində verdiyi açıqlamasında həmin bölməni "nonpaper" sözünü işlədib. "Nonpaper" ictimaiyyətə açıqlanması lazım olmayan müqavilələr üçün istifadə olunan diplomatik dildir.
Məlumata görə, həmin gizli bölmədə müqavilədəki öhdəliklərin həyata keçirilməsi üçün ortaq komissiyanın qurulması və İranın qarşıdakı aylarda nüvə araşdırmasını necə davam etdirəcəyinə dair detallar yer alır.
Qaynar.info