Xəbər lenti

İranı prezident seçkisindən sonra nələr gözləyir? - Ekspert
Dünya 19:00 29.06.2024

İranı prezident seçkisindən sonra nələr gözləyir? - Ekspert

ABŞ ilə yaxınlaşma tərəfdarları və Rusiya Federasiyası, Çin, o cümlədən ŞƏT və BRİKS ilə əməkdaşlığın gücləndirilməsi tərəfdarları İranda prezident seçkisində iştirak hüququ uğrunda mübarizə aparır.
 
Qaynarinfo xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində iranlı iqtisadi və siyasi analitik Ruhullah Modabber deyib.

İranın ali dini lideri Əli Xamneyi deyib ki, İran xalqı başa düşür ki, ABŞ və Qərbin qalan hissəsi ilə yaxınlaşmanı müdafiə edən prezident öz vəzifəsini layiqincə yerinə yetirə bilməyəcək.

Modabberin sözlərinə görə, ABŞ tərəfdarı olan siyasətçilər İranı ona qarşı tətbiq olunan sanksiyalardan xilas etməyə ümid edirlər. Eyni zamanda ekspert özü ABŞ-ı müstəqil dövlətlərin əsas düşməni adlandırıb. O hesab edir ki, Vaşinqton İran üçün iqtisadi inkişaf istəmir, ona görə də yeni prezident Qərbə üz tutmamalıdır.

İran prezidenti postuna namizədlərin qeydiyyatı mayın 30-dan iyunun 3-dək, namizədlərin tələblərə uyğunluğunun yoxlanılması isə iyunun 4-dən iyunun 9-dək aparılıb, bundan sonra namizədlərin adlarının yekun siyahısı elan edilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->