Xəbər lenti

İranın bir sıra şəhərlərində tacirlərin etiraz aksiyaları davam edir
Dünya11:43 14.06.2022

İranın bir sıra şəhərlərində tacirlərin etiraz aksiyaları davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrandan gələn xəbərlər göstərir ki, tacirlər Ərak, Kazerun, Minab, Nəcəfabad və İsfahan da daxil olmaqla bir sıra şəhərlərdə özəl sektorda vergilərin artırılmasına etiraz edirlər.
Qaynarinfo bu barədə Avropa Səsinin fars bölməsinə istinadən xəbər verir.
Həmçinin Nəcəfabad və İsfahan şəhərlərində cib telefonu satıcılarının dolların qımətinin hədsiz yüksəlişi və vergi dərəcələrinin artmasına və eləcə də bazardakı tənəzzülə etiraz olaraq öz dükanlarını bağladıqları barədə də xəbərlər yayılıb.
Məlumata görə, bu gün (14 iyun) Kazerun şəhərində tacirlər hökumət və prezident əleyhinə şüarlarla kütləvi etiraz aksiyaları keçiriblər.
 Minab şəhərində isə etirazçılar hökumətin səmərəsiz iqtisadi siyasətlərinə qarşı şüarlar səsləndirərək, özəl sektorun vergilərinin artırılmasına etiraz ediblər.
Qeyd edilir ki, dünən, bazar ertəsi, iyunun 13-də isə Tehran, Ərak və Kazerun bazarlarında, özəlliklə Tehrann Əmin şossesi ərazisində tacir və bazarlıların etiraz aksiyaları keçirilib və bununla yanaşı, etirazçıları dağıtmaq istəyən polislə şiddətli toqquşmalar olub. 
 Tehran bazarı Amin şossesində keçirilən etiraz aksiyasının səbəbi qeyd edildiyi kimi "özəl sektor vergilərinin nizamsız artımı” ilə yanaşı, dolların qiymətinin artması və onun tarixi rekorda - 33,300 tümənə çatmasıdır.
M.Arif