İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi Bəxş bəyan edib ki, ölkədə 330-a yaxın təyyarə var, onların da 40%-i xarab və xidmət dairəsindən kanardır.
Qaynarinfo bu barədə ISNA Agentliyinə istinadən xəbər
verir.
İSNA xəbər agentliyinin məlumatına görə, o, avropalıların və amerikalıların bu sahələrdə etibarlı olmadığını bildirərək deyib:
"JCPOA 2015-ci ildə imzalansa da, onlar bizimlə müqavilə imzalayıb, təyyarə və hissələrinin satışı ilə bağlı öhdəlik götürsələr də, ilk gördükləri iş o oldu ki, müqaviləni dayandırdılar və satış sonrası xidmətlərini kəsdilər. Təbii ki, bu məsələdə hələ də ATR və "Airbus" şirkətləri bizə milyonlarca borcludular”.
İran Mülki Aviasiya Təşkilatının rəhbərinin sözlərinə görə, hazırkı vəziyyətdə ölkədə mövcud əhali və indiki hava limanlarının sayı üçün ən azı 350 aktiv donanma təyyarəsi lazımdır:
"Əgər biz beynəlxalq və yük uçuşları sahəsində uzun və planlı bir baxış keçirmək və inkişaf etmək istəsək, bu ehtiyac 500 təyyarəyə çatar”.
Qeyd edilir ki, o, İranda çoxsaylı uçuşların təxirə salınması və ləğv edilməsinə toxunaraq, bunu ölkənin hava donanmasının tükənməsi və sanksiyalar səbəbindən yeni təyyarələrin alınmaması və hazırkı təyyarələrin ehtiyat hissələrinin ölkədə mövcüd olmaması ilə əlaqələndirib.
M.Arif