Xəbər lenti

İranın neft və qazı Avropanın Rusiyadan asılılığını azalda bilərmi? - DW
Dünya10:35 23.08.2022

İranın neft və qazı Avropanın Rusiyadan asılılığını azalda bilərmi? - DW

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran neftinin dünya bazarlarında tədarükü bu məhsulun qlobal qiymətinin aşağı düşməsinə nə dərəcədə kömək edə bilər?
Qaynarinfo bu barədə Deutsche welle-nin fars bölməsinə istinadən xəbər verir.
Bazar ertəsi (22 avqust) xam neftin qiyməti əhəmiyyətli dərəcədə azalıb. Brent Şimal neftinin bir bareli (159 litr) cümə günü ilə müqayisədə 3,52 dollar azalaraq 93 dollar 20 sentə satılıb.
Həmçinin, "West Texas Intermediate" markalı neftin bir barelinin qiyməti 3,35 dollar azalaraq 87,42 dollara bərabər olub.
Müşahidəçilərin təxminlərinə istinadən beynəlxalq media İran ilə nüvə sazişi çərçivəsində bu ölkəyə qarşı sanksiyaların aradan qaldırılmasının dünya bazarlarında neftin qiymətini xeyli aşağı salmağa davam edəcəyini proqnozlaşdırır.
Müşahidəçilərin fikrincə, neftin qiymətinin azalmasına təsir edən İranın neft ixracını artırmaq perspektivi ilə yanaşı, bu məhsulun ucuzlaşmasının digər səbəbləri də sadalanıb.
Neftin ucuzlaşmasının digər amilləri kimi dünyanın iqtisadi rifahının aşağı olması və dolların digər beynəlxalq valyutalara nisbətən bahalaşması göstərilir.
Almaniyanın "Tax Zeitung” qəzetinin yazdığına görə, Trampın sanksiyalarından əvvəl İran gündə təxminən 4 milyon barel neft hasil edirdi və bununla da dünya ehtiyacının 4%-ni təmin edirdi. Qəzet İranın qaz ehtiyatlarına görə dünyada ikinci yerdə olmasına işarə edərək yazır: 
"İranın neft və qazı potensial olaraq Avropanın Rusiyadan asılılığını azalda bilər”.
M.Arif