Xəbər lenti

İranın "Parçin" hərbi sənaye zonasında güclü patlayış baş verdi
Dünya08:53 26.05.2022

İranın "Parçin" hərbi sənaye zonasında güclü patlayış baş verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tehranın cənub-şərqində "Parçin" hərbi sənayesi zavodlarının birində patlyış baş verib.
Qaynarinfo xəbər verir ki, faktla bağlı İran İslam Respublikasının IRNA rəsmi  informasiya agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə dünən günortadan sonra (çərşənbə günü) baş verib və bir nəfər həlak olub, digəri isə xəsarət alaraq xəstəxanaya yerləşib.
Parçin Tehran sənaye zonası İranın nüvə və raket sənayesinin ən mühüm mərkəzlərindən biridir və 2020-ci ildə bu mərkəzdə güclü partlayış barədə məlumatlar daxil olub. Həmin patlayışda İran daxili bir sıra mənbələr İsraili itiham etmişdilər.
Qeyd edilir ki, hadisənin səbəbi hələlik məlum deyil və araşdırmalar davam edir.
M.Arif