Xəbər lenti

İranın paytaxtı dəyişir - RƏSMİ
Dünya11:36 24.12.2013

İranın paytaxtı dəyişir - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İran parlamenti ölkə paytaxtının Tehrandan köçürülməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, iclasda 214 deputat iştirak edib. Qərarın lehinə 110, əleyhinə 67 nəfər səs verib, 10 nəfər isə bitərəf qalıb.
 
Layihə yeni paytaxt müəyyənləşdirildikdən sonra Tehranda yerləşən siyasi və inzibati strukturların köçürülməsini nəzərdə tutur.
 
Ancaq İran hökuməti paytaxtın köçürülməsinin əleyhinədir və bununla bağlı İranın ali dini liderinin qərar qəbul etməsini təkid edir.

Qaynar.info