Xəbər lenti

İranın qırıcı təyyarəsi qəzaya uğradı (VİDEO)
Dünya13:30 18.06.2022

İranın qırıcı təyyarəsi qəzaya uğradı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran ordusuna məxsus F-14 qırıcı təyyarəsi texniki nasazlıq səbəbindən İsfahanda qəzaya uğrayıb.
Qaynarinfo bu barədə "Iranintl" saytına istinadən xəbər verir.
Ordunun ictimaiyyətlə əlaqələr mərkəzi bu gün səhər saatlarında F-14 qırıcı təyyarəsinin İsfahanda "texniki qüsur” səbəbindən missiya zamanı qəzaya uğradığını və məhv olduğunu açıqlayıb.
Hərbi rəsmi mərkəz İran xəbər agentliklərinə bildirib ki, paraşütlə eniş edən təyyarənin pilotu və ikinci pilotu sağ qalıb. Onlar müalicə üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, İran 80 ədəd F-14 döyüş təyyarəsini İslam İnqilabından əvvəl ABŞ-dan alıb. Lakin onların çoxu İran-İraq müharibəsində məhv olub və bir çoxu da hissələrin olmaması səbəbindən uçuş qabiliyyətini itirib. Hazırda İranda bu qırıcılardan 20 ədəddən az qalıb. 
M.Arif