Xəbər lenti

İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıda (FOTO)
Ölkə10:39 22.07.2017

İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıda (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

Qaynarinfo.Az