Xəbər lenti

İranın yeni prezidenti danışdı
Dünya15:22 17.06.2013

İranın yeni prezidenti danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın yeni seçilmiş Prezidenti Həsən Ruhani bazar günü keçirdiyi mətbuat konfransında ona səs verən insanlara təşəkkür edib.
 
Trend-in məlumatına görə, o özünün ilk mətbuat konfransında ali lider Əli Xamneyiyə də minnətdarlığını bildirib.

Ruhani seçkiqabağı kampaniya zamanı verdiyi sözləri unutmadığını deyib və əlavə edib ki, onun əsas vəzifəsi ölkənin iqtisadiyyatını xilas etməkdir.

O bildirib ki, mülayim siyasət yürüdəcək.

Ruhani dünya ölkələri ilə konstruktiv qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edib

Qaynar.info