"İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolu dəhlizinin tikintisi ayyarımdan sonra başlayacaq".
Qaynarinfo xəbər verir ki, bunu "Mehr" agentliyinə İranın Yollar və Şəhərsalma Nazirliyinin rəis müavini Şəhriyar Əfəndizadə deyib.
"Əldə edilmiş razılaşmaya əsasən, biz bu layihəni 2024-cü ilin əvvəlindən, təxminən ayyarımdan sonra həyata keçirməyə başlayacağımıza ümid edirik", deyə rəsmi bildirib.
Şəhriyar Əfəndizadə qeyd edib ki, uzunluğu 162 km olan Rəşt-Astara hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir. Yol İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirməli olan Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhliz, öz növbəsində, Rusiya, İran, Azərbaycan və Hindistan avtomobil yollarının inteqrasiyası üçün nəzərdə tutulan beynəlxalq Şimal-Cənub layihəsinin bir hissəsidir. 2023-cü ilin mayında Moskva və Tehran İranda qərbi Rəşt-Astara dəmir yolunun sonuncu hissəsinin tamamlanması üçün sənədlər imzalayıblar.
Aydın