Xəbər lenti

İranlı komandir Suriyada öldürüldü
Dünya15:37 04.11.2013

İranlı komandir Suriyada öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən olan Məhəmməd Camalzadə Suriyada öldürülüb. ANS PRESS bildirir ki, onun Suriyanın cənubunda müxalifət təmsilçiləri tərəfindən öldürüldüyü bəyan edilib. İranlı zabit Dəməşqdə yerləşən şiə türbəsini ziyarətə gedibmiş.

Rəsmi İSNA agentliyinin məlumatına görə, İran parlamentinin komissiya üzvü Cavad Kərimi Qüddüsi bir iclasda elədiyi çıxışda İranın Suriyada yüzlərlə bölyünün olduğunu bildirib. “Suriyada İrandan yüzlərlə bölük vuruşur. Suriya ordusunun qazandığı xəbərləri bir suriyalı komandirin dilindən eşidirsiniz, ancaq onun arxasında iranlı qüvvələr durur”,- deyə iranlı deputat bildirib.


Qaynar.info