Xəbər lenti

İraq höküməti kürd referendumuna müdaxilə edəcək?
Dünya05:54 24.09.2017

İraq höküməti kürd referendumuna müdaxilə edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqın baş naziri Heydər Əl İbadi "Ölkənin birliyi, sabitlik və sülh təhlükə altına düşsə, hüquqi addımlar atacağıq" deyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat şöbəsi məlumat verib. Nazir ABŞ xarici işlər naziri Reks Tillersonla telefonda görüşüb və "Hökümət Kürdüstan referendumunu qeyri-qanuni hesab edir və bu barədə qərarı qətidir. Ölkənin birliyi, sabitlik və sülh təhlükə altına düşsə, hüquqi addımlar atacağıq" deyib. Tillerson isə ABŞ hökümətinin referendumun əleyhinə olduğunu bir daha vurğulayıb.

Qeyd edək ki, İraq Kürd Bölgə İdarəsinin sabah müstəqillik referendumu keçirməsi gözlənilir.

Gülşən

Qaynarinfo.Az