Xəbər lenti

İraq ordusu Təl Afara hücuma başladı
Dünya12:25 15.08.2017

İraq ordusu Təl Afara hücuma başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraq ordusu və koalisiya qüvvələri İŞİD terror qrupunun işğal etdiyi türkmən bölgəsi olan Təl Afara hava hücumuna başlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Mosulun 80 km qərbində yerləşən Təl Afar İŞİD-dən alınması planlaşdırılan ikinci yerdir.

Təxminən 1-2 ay əvvəl Mosul şəhəri 9 ay davam edən əməliyyatlar nəticəsində terror qrupundan azad edilib. 

Türkmənlərin çoxluq təşkil elədiyi Təl Afar 2014-cü ilin iyun ayından İŞİD-in işğalındadır. 

Gülşən

Qaynarinfo.Az