Xəbər lenti

İraqın şimalında Türkiyə hərbi kontingenti atəşə tutuldu
Dünya08:21 10.11.2021

İraqın şimalında Türkiyə hərbi kontingenti atəşə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqın şimalında naməlum silahlılar Başik rayonunda Türkiyə Silahlı Qüvvələrinə atəş açıb.
Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, hücum edənlər əldə hazırlanmış MLRS-dən istifadə ediblər, hədəfə yalnız iki mərmi çatıb. Türkiyə Silahlı Qüvvələrinin tələfat verib-verməməsi barədə məlumat yoxdur.” Directorate 4” teleqram kanalı yazır ki, hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməyib.
Lakin məlumdur ki, noyabrın 4-də "Hərəkət ən-Nücəba” şiə qruplaşmasının nümayəndəsi İraq hakimiyyətinə türk hərbçilərinin İraqda olmasının məqbul olub-olmamasına dair ritorik sual ünvanlayıb.
Kanalın müəllifləri yazır ki, təşkilat mötədil, iranpərəst qanaddakı həmkarlarına nisbətən, İraqın daxili siyasi həyatında ambisiyaları ilə tanınır, lakin Ankaraya qarşı kifayət qədər radikaldır.
Alpər