Xəbər lenti

İraqlı qaçqınla makedoniyalı sərhədçinin - Sevgi hekayəsi
Dünya09:25 05.01.2017

İraqlı qaçqınla makedoniyalı sərhədçinin - Sevgi hekayəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sərhəd keçid-məntəqəsində tanış olan iraqlı qaçqınla makedoniyalı sərhədçi evlənməyə qərar veriblər.

20 yaşlı Noora Arkavazi ailəsi ilə birgə İraqın Diyala əyalətini tərk edir. Yüksək temperaturu olan gənc qız tibbi yardıma ehtiyacı olduğu üçün sərhəd təhlükəsizliyinə cavabdeh, ingilisdilli zabit Bobi Dodevskinin yanına göndərilir. 35 yaşlı Bobinin sözlərinə görə, bu, ilk baxışdan sevgi olur:

“Mən çox qızlar görmüşəm. Lakin Nooranın gözlərində nə isə xüsusi bir şey gördüm və dedim: “Bu odur. Noora buraya mənim həyat yoldaşım olmaq üçün gəlib”.

Arkavazi isə deyir ki, digər sərt həmkarlarından fərqli olaraq Bobinin miqrant uşaqlarla oynaması onun çox xoşuna gəlib.

Hazırda evli olan cütlük Bobinin digər evliliklərindən olan 3 uşağı ilə birgə yaşayır.(qafqazinfo)

Qaynarinfo.Az