Politoloq Armen Bağdasaryan hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi Türkiyənin ilkin şərtləri olmadan baş tutmayacaq.
Qaynarinfo xəbər verir ki, ekspert bu haqda Sputnik Ermənistan-a müsahibəsində bildirib. Baqdasaryan deyib ki, o, Ermənistan rəsmilərinin ilkin şərtsiz danışıqlara dair bəyanatlarına şübhə ilə yanaşır. Onun sözlərinə görə, Ankaranın müəyyən şərtləri gündəmə gətirəcəyini indidən proqnozlaşdırmaq olar.
"Türkiyə israr edəcək ki, Ermənistan daha Osmanlı İmperiyasında "Erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması məsələsini qaldırmasın. Ankara İrəvandan dövlət səviyyəsində istənilən iddialardan birdəfəlik əl çəkməyi tələb edəcək: ərazi, maddi və s. daha bir tələb Türkiyə və Azərbaycana Sünik bölgəsindən keçməklə dəhlizin təmin edilməsi ilə bağlı olacaq”, - Baqdasaryan bildirib.
Politoloq istisna etmir ki, gələcəkdə Türkiyə həmçinin "Erməni soyqırımı” mövzusunun məktəb proqramlarından çıxarılmasını tələb edə bilər. Hər halda proses uzun çəkəcək və tez nəticə gözləməyin mənası yoxdur. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Ermənistanın danışıqlarda mövqeləri xeyli zəifləyib. Erməni-türk prosesinə müharibədən xeyli əvvəl başlamaq daha yaxşı olardı.
Bundan bir qədər əvvəl, dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu demişdi ki, İrəvan və Ankara qarşılıqlı əsasda münasibətlərin normallaşdırılması məqsədiylə danışıqlar üçün nümayəndələr təyin edəcəklər. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Çavuşoğlunun bəyanatını müsbət qarşılayıb və İrəvanın dialoqun aparılması üçün xüsusi nümayəndəsi təyin edəcəyini təsdiqləyib.
Sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri, 30 ildən çox diplomatik təcrübəyə malik diplomat, 63 yaşlı Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin edib.
Ermənistan tərəfdən isə parlamentin 30 yaşlı vitse-spikeri, hakim "Mülki saziş”in üzvü, bir neçə ay xarici işlər nazirinin müavini postunu tutmuş Ruben Rubinyan xüsusi nümayəndə təyin edilib.
Baqdasaryan düşünür ki, Rubinyan və Kılıç diplomatik təcrübə və bacarıq baxımından fərqli çəki dərəcələrindədir.
"Düşünmürəm ki, Ermənistan danışıqlar üçün lazım olan nümayəndəni seçib. Amma digər tərəfdən, bu, Rubinyanın sadəcə formal şəxs olacağına sübutdur. , hətta ən kiçik detal belə", - Bağdasaryan bildirib. Reallıqda isə danışıqları şəxsən Nikol Paşinyan aparacaq və xüsusi nümayəndə hər hansı, hətta ən xırda təfərrüatları belə, bilavasitə yerindən ona məruzə edəcək”, - Baqdasaryan bildirib.
Ancaq ikinci variant da mümkündür, o zaman ki, danışıqların özü formal xarakter daşıyır, çünki hər şey tərəflər arasında əvvəlcədən razılaşdırılıb. Belə olan halda diplomatlar arasında dialoq yalnız bu razılaşmaların fiksasiyası üçün texniki prosesə çevriləcək.
Təhlilçi hesab edir ki, Rubinyanın işinin nizamı və yolu yuxarı rəhbərliyin onun qarşısına hansı vəzifələr qoymasından asılı olacaq. Əgər müxtəlif diplomatik üsullarla Türkiyə ilə danışıqlarda ən əlverişli şərtlərə nail olmaq lazımdırsa, o zaman Rubinyanın ətrafında çox ciddi bir məsləhət qrupu yaradılmalıdır. Ancaq bu, yalnız nəzəri cəhətdir. Praktikada, Baqdasaryanın da dediyi kimi, Ermənistan hakimiyyəti artıq danışıqlar prosesini əvvəlcədən müəyyənləşdirib və çox güman ki, Türkiyə tərəfinin yuxarıda qeyd olunan tələblərini qəbul edəcək və hər hansı manevrdən danışmağa ehtiyac yoxdur.
Alpər