Xəbər lenti

İrəvan həbsxanasında qiyam: avtoritet qarşıdurma yaratdı
Dünya10:15 07.05.2016

İrəvan həbsxanasında qiyam: avtoritet qarşıdurma yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın paytaxtı İrəvanın "Nubaraşen" həbsxanasında qiyam baş verib. 
Qaynarinfo.az baku.ws-ə istinadən xəbər verir ki, erməni KİV-nin yaydığı məlumata görə, hər şey kriminal avtoritet Armen Aleksanyanın kamerasında axtarışdan sonra başlayıb. Kriminal avtoritet həbsxana nəzarətçilərinin axtarışından əsəbləşərək məhkumları qiyama çağırıb. ""Qanuni oğrular" icazə veriblər. Qapıları sındırın", - deyə kriminal avtoritet çığırıb. Bundan sonra həbsxanada qiyam başlayıb. Məhkumlar nəzarətçilərin üzərinə yeriyiblər. 
Kütləvi qarşıdurma nəticəsində 40 məhkum qapıları sındıraraq digər korpusa keçə bilib. Faktla bağlı araşdırma aparılır. 
Qaynarinfo.az