Xəbər lenti

İrəvana uçan təyyarə Moskvaya geri qayıtdı
Dünya10:15 10.04.2022

İrəvana uçan təyyarə Moskvaya geri qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvadan İrəvana uçan təyyarə əyləc sisteminin nasazlığı səbəbindən Jukovski hava limanına qayıdıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"WZ4325 (Moskva-İrəvan) reysini yerinə yetirən təyyarə əyləc sisteminin nasazlıq sensorunun işləməsi səbəbindən Jukovski hava limanına qayıdıb. "Sukhoi Superjet" təyyarəsinin uçuş hava limanına qaytarılması qərara alınıb", deyə məlumatda qeyd olunub.
Təyyarə yerli vaxtla saat 11:17 radələrində hava limanına enib.