
"Mən Qarşıyam" adlı aksiya Ermənistanda pensiya islahatına qarşı təşkil edilib
İrəvanın Azadlıq meydanında ölkə parlamentinin 4 parlament fraksiyasının iştirakı ilə "Mən Qarşıyam" adlı aksiya keçirilir. Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, mitinq Ermənistanda pensiya islahatına qarşı təşkil edilib.
Meydanda minlərlə vətəndaş toplaşaraq "Pensiya yığımına STOP" yazılı plakatlar açıblar. Hələ mitinq başlamamışdan əvvəl ərazini çoxsaylı polislər nəzarətə götürüb. Meydana yaxın küçələrdə xeyli sayda polis avtomobilləri yerləşdirilib.
"Mən Qarşıyam" mitinqinin bəyanatında, aksiya zamanı insanlara ayıq olmağa və təxribata uymamağa çağırışlar edilib. Aksiyadan sonra təntənəli yürüş planlaşdırılıb. Mitinqin əsas məqsədi məcburi pensiya yığımı sistemi haqqında qanunun ləğv edilməsini tələb etməkdir.
Qaynar.info