Məşhur model İrina Şeyk iş başında olsa da, sevgilisi Bredli Kuper Böyük Britaniyanın “Qlastonberi” festivalında əylənir.
Qaynarinfo.az axşam.az-a istinadən xəbər verir ki, o, “Fatboy Slim”in konsertinə gedib. Kuper “VİP” hissədə əylənib, rəqs edib.
Baxmayaraq ki, cütlük ayrı-ayrılıqda vaxt keçirir, onlar artıq ailə qurmaq haqqında düşünürlər. İrina ana olmaq istəyir və iş rejiminin ağır olmasına baxmayaraq Bredli ilə münasibətinə də vaxt ayırmağa çalışır.
Qaynarinfo.az