Xəbər lenti

İrlandiyalı futbolçular Bakıda irqçiliyə qarşı çıxdı
İdman16:28 09.10.2021

İrlandiyalı futbolçular Bakıda irqçiliyə qarşı çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan İrlandiya yığmasının futbolçuları matçdan öncə anlamlı jest ediblər.
"Report"un məlumatına görə, oyunçular irqçilik əleyhinə çıxaraq meydanın mərkəzində diz çöküblər.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada ilk hissə oynanılır və hesab qonaqların xeyrinədir - 1:0.