Xəbər lenti

İş adamı "Hilton Baku"da ev aldı - 1,8 milyona
Ölkə07:19 10.02.2015

İş adamı "Hilton Baku"da ev aldı - 1,8 milyona

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hilton Baku" otelində 1,8 milyon manata satışa çıxarılan mənzil alınıb. Azvision.az-ın əldə etdiyi məlumata görə, mənzilin yeni sahibi tanınmış iş adamıdır. Onun kimliyi isə hələlik açıqlanmır.
Hazırda oteldə daha bir yeni mənzil satışa çıxarılıb. 20 mərtəbəli “Hilton Baku”nun 13-cü mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 220 m2 təşkil edir. 3 otaqlı mənzil 2,5 milyon manata təklif olunur. Mənzilin dəniz mənzərli olduğu bildirilir.
“Hilton Baku” hələlik mənzil təklif edən yeganə paytaxt mehmanxanasıdır. Belə apartamentlər “Flame Tower” otelində var, amma bu binada mənzillər hələ satışa çıxardılmayıb.
Qaynar.info