
Ukraynada yaşayan misirli iş adamı Ramzi Mattanın parça-parça edilmiş meyiti tapılıb.
Qaynar.info xəbər verir ki, iyunun 15-də alman şəriki ilə Türkiyəyə gələn Matta sonradan yoxa çıxıb.
Türk polisinin apardığı axtarışlar nəticəsində iş adamının meyiti İstanbul yaxınlığındakı meşədən parçalanmış vəziyyətdə tapılıb.
Onun Suriya, Şimali İraq, Ukrayna və Serbiyadan gələn 20 nəfərlik şəbəkə tərəfindən öldürüldüyü ortaya çıxıb.
Hatay və İstanbul şəhərlərində aparılan axtarışlar nəticəsində 5-i xarici vətəndaş olmaqla, 11 nəfər saxlanılıb. Cinayətin pul üstündə törədildiyi məlum olub.
Qaynar.info