Xəbər lenti

İsa Qəmbər: “Paşinyan son davranışları ilə göstərdi ki...”
Siyasət14:41 18.05.2020

İsa Qəmbər: “Paşinyan son davranışları ilə göstərdi ki...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Babasının faşist ordusunda xidmət etməsini gizlədən, Q.Njde və nasistlərlə əməkdaşlıq etmiş digər soydaşlarını qəhrəman kimi təqdim etməsi ifşa olunan Ermənistan baş naziri N.Paşinyan çıxış yolunu Azərbaycan Cümhuriyyətinin və Müsavat Partiyasının qurucusu M.Ə.Rəsulzadəyə böhtan atmaqda, onu faşist rejimi ilə əməkdaşlıqda ittiham etməkdə görüb”.
Qaynarinfo xəbər verir ki, bunu Müsavat Partiyasının keçmiş baqanı İsa Qəmbər Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadə haqqında işlətdiyi fikirləri şərh edərkən deyib. 
İsa Qəmbər bildirib ki, Paşinyanın bu yalanına həm ziyalılar, tarixçi alimlər, həm də Müsavat Partiyası rəhbərliyi başda olmaqla siyasətçilər tutarlı cavablar verərək, onun özünümüdafiə üçün təkrarladığı bu cəfəngiyyatı elmi sübutlarla darmadağın ediblər:
"Mən məsələnin başqa bir cəhətinə diqqəti cəlb etmək istəyirəm. 2018-ci ilin birinci yarısında hakimiyyətə gələn Paşinyan mürəkkəb daxili və beynəlxalq amillərin nəticəsində unikal bir şans əldə etmişdi. O, korrupsiya və monopoliyaları, repressiya və saxtakarlığı aradan qaldıraraq, Qarabağ məsələsində gerçəkçi bir mövqe tutaraq, saxta soyqırım manipulyasiyasına son qoyaraq Ermənistanı böhran vəziyyətindən çıxara, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinə start verə və ölkəsinin Avropaya həqiqi inteqrasiyasına nail ola bilərdi.
Lakin yarımçıq, diletant və populist fəaliyyətilə bütün bu imkanları, demək olar ki, itirən Paşinyan üstəlik son dövrdə davranışları ilə, "İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarının və "Ümumi Qafqaz Evi" ideyasının əsas müəllifi M.Ə.Rəsulzadəyə qərəzli hücumları ilə siyasətdə və dövlət idarəetməsində təsadüfi bir fiqur olduğunu ortaya qoymuş oldu”.
Bahar Rüstəmli