Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi "QAZ-31” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib.
Daxili İşlər Nazirliyindən (DİN) Qaynarinfo-ya verilən məlumata görə, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılıb.