Xəbər lenti

“İsaxan Aşurov” mükafatı Yadigar Sadıqova verildi
Ölkə11:45 07.03.2014

“İsaxan Aşurov” mükafatı Yadigar Sadıqova verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sülh və Demokratiya İnstitutu təsis etdiyi “İsaxan Aşurov” mükafatının təqdimetmə mərasimi keçirib. 

Martın 7-də Sülh və Demokratiya İnstitutunun təsis etdiyi “İsaxan Aşurov” mükafatının təqdimetmə mərasimi keçirilib. Mükafat Müsavat Partiyasının həbsdə olan başqan müşaviri olan Yadigar Sadıqova verilib. Bu barədə Meydan TV-nın tədbirdə olan əməkdaşın  verdiyi məlumatına görə, mərasimdə tanınmış siyasətçilər, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak edir.

Qeyd edək ki, "İsaxan Aşurov" mükafatı 2013-cü ildə siyasi məhbus, Hilal Məmmədova verilmişdi. Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib. Müsavat başqanın müşaviri Yadigar Sadıqov isə 2013-cü il iyunun 27-də həbs olunub və bu il yanvarın 13-də 6 il xuliqanlıq maddəsi ilə ittiham olunaraq azadlıqdan məhrum edilib.

“İsaxan Aşurov” mükafatı 2012-ci il iyunun 23-də yaradılıb. Məşhur vəkil İsaxan Aşurov iki il əvvəl dünyasını dəyişib.

Qaynar.info