
Almaniyada qatarda sərnişinlərə balta ilə hücum etmiş 17 yaşlı əfqanın İŞİD üzvü olduğu təsdiqlənib.
"Qaynarinfo.Az" xarici mətbuata istinadən xəbər verir ki, terrorçu qrup bu barədə özü məlumat yayıb. Əvvəlcədən bildirilmişdi ki, 17 yaşlı əfqanın evindən onun İŞİD üzvü olduğunu təsdiq edən sübutlar əldə olunub.
Qeyd edək ki, dünən Almaniyanın Vürtsburq şəhərində naməlum şəxs qatarda sərnişinlərə balta ilə hücum edib. Hadisə nəticəsində 3-ü ağır olmaqla 15 nəfər xəsarət alıb. Hücumu törədən şəxs polis tərəfindən zərərsizləşdirilib.
Qızılgül
Qaynarinfo