Xəbər lenti

İŞİD-dən Azərbaycana saqqal hədəsi - FOTO
Ölkə18:35 06.07.2014

İŞİD-dən Azərbaycana saqqal hədəsi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabirabadda zorla saqqalı qırxılan vəhhabi ilə bağlı xəbərlərə reaksiya gəlib. İŞİD Azərbaycanı hədələyib. Musavat.com-un xəbərinə görə, Suriyada döyüşən azərbaycanlıların sözcüsü olaraq bilinən Furkan Azeri adlı şəxs sosial şəbəkə vasitəsilə hədələrini yollayıb. 
O, rəsmi "Twitter" hesabından "Sabirabadda yaşananların intiqamı alınacaq, unutmayacağıq",- deyib: "Azərbaycanın Sabirabad şəhərində zorla saqqalı kəsilən qardaşımızı əsla unutmayacağıq və unutdurmayacağıq".
Qaynar.info