İŞİD nəzarətdə saxladığı Suriyanın Rakka şəhərində saatları irəli çəkdirib. Qaynar.info xəbər verir ki, şəriət qanunlarını tətbiq edən terror təşkilatı Bəşər Əsəd rejimi ilə eyni saat qurşağında yaşamaq istəmədikləri üçün belə bir addım atıb.
Səbəb olaraq isə Rakka və Şam arasında 500 km-lik məsafənin olması göstərilib. Çünki Rakkada günəş Şama nisbətən daha tez çıxır.
Əmrə əməl etməyənlər Rakkanın dini rəhbərinin qərarı ilə cəzalandırılacaq. İŞİD-in nəzarət etdiyi digər bölgələrdə də eyni saat sistemi tətbiq olunacaq.
Qeyd edək ki, Bakı ilə Şam arasında 2 saatlıq fərq var. İŞİD-in bu qərarından sonra Bakı və Rakka arasında 3 saatlıq fərq yaranıb.
Qaynar.info