Xəbər lenti

İŞİD-ə qoşulan azərbaycanlılar həbs ediləcək
Ölkə20:30 28.11.2014

İŞİD-ə qoşulan azərbaycanlılar həbs ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İŞİD terror qruplaşmasına müxtəlif ölkələrdən qoşulanlarla yanaşı, Azərbaycandan da gedənlərin olduğu bildirilir. Bu yaxınlarda İŞİD sıralarında döyüşmək üçün ölkəmizi tərk edən 4 azərbaycanlı Türkiyə-Suriya sərhədində saxlanıldı. Eyni zamanda Suriyada müxalifət döyüşçülərinə qoşulan həmvətənlərimiz də az deyil. Xarici  ölkənin silahlı qruplaşmalarında iştirak edib, vuruşan şəxslər qanunla məsuliyyət daşıyırmı? Əgər daşıyırsa, bəs bunun cəzası nədir?
Bu sualları Analitik.az-a şərh edən hüquqşünas Natiq Abullayev bildirdi ki, istənilən silahlı münaqişələrdə, eləcə də İŞİD terror təşkilatının törətdiyi cinayətlərdə də azərbaycanlıların, respublikamızın yurisdiksiyasında olan, daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin iştirakının qarşısının alınması və onların əməllərinə hüquqi qiymət verilməsi məqsədilə Milli Məclis Cinayət Məcəlləsində dəyişikliklər edib: “Bu dəyişiklik nəticəsində CM-ə  Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma adlı müvafiq (283-1) maddə əlavə edildi. Bu maddənin dispozisiyasına görə Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə cinayət əməli hesab edilərək, bu əməllər 9 ildən 12 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə, bu əməl 12 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə, qeyd edilən müvafiq maddədə nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahli münaqişələrdə iştirak etmə 7 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə ilə, eləcə də bu əməllər Cinayət Məcəlləsinin 283-1.1-283-1.3-cü maddələrində nəzərdə tutulan hərəkətlərin törədilməsinə açıq çağrışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma ilə törədildikdə cinayət əməli 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
Natiq Abdullayev onu da vurğuladı ki, sözügedən maddənin “Qeyd” hissəsində göstərilib ki, “bu Məcəllənin 283-1.1-283-1.3-cü maddələrində nəzərdə tutulan əməli törətmiş şəxs, hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda məsuliyyətdən azad edilir.”
“Bu isə o deməkdir ki, göstərilən maddədə nəzərdə tutulan cinayət əməllərindən vaxtında çəkinməyə qərar verən şəxslər üçün onların məsuliyyətdən azad edilmələrinə hüquqi imkan yaradılıb. Beləliklə də bu kimi cinayətlərin törədilməsinin təsiri altına düşənlərin vaxtında düzgün qərar qəbul etmələrinə şərait yaradılıb. Amma hər kəs onu da bilməlidir ki, dövlətimizin, milli təhlükəsizliyimizin keşiyində duran orqan, eləcə də digər hüquq-mühafizə orqanları, Azərbaycan Respublikasının vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüquqlarından kənarda aparılan istənilən silahlı münaqişələrə cəlb edən, bu məqsədlə döyüş təlimləri keçirən, yaxud həmin məqsədlə fəaliyyət göstərən qrup yaradan və ya belə qruplara rəhbərlik edən , eləcə də bu cinayətlərə yetkinlik yaşına çatmayan şəxsləri cəlb edən, həmçinin, bu qruplarda, təlimlərdə və ya silahlı münaqişədə iştirak, belə əməllərin törədilməsinə açıq çağrışlar edən, habelə bu cür məzmunlu materialları yayan şəxsləri mütləq ifşa edəcək və onlar cinayət məsuliyyətinə cəlb olunaraq öz layiqli cəzalarını alacaqlar. İŞİD terror təşkilatının törətdiyi cinayətlərdə iştirak edənlər də əmin ola bilərlər ki, onları Azərbaycanda həbsxanalar gözləyir.”
Hüquqşünas xüsusilə qeyd etdi ki, sosial şəbəkələrdə yayılan videolardan göründüyü kimi İŞİD-ə qoşulan azərbaycanlılar öz pasportlarını yandırır. Bu isə onları məsuliyyətən azad etmir: “Onlar öz pasportlarını yandırdıqlarını nümayiş etdirib, Azərbaycana dönməyəcəklərin bəyan edirlər. Lakin heç də istisna edilməməlidir ki, pasportlarını yandırıb Azərbaycana qayıtmayacaqlarını bəyan edən görüntüləri yaymaqla onlar həm də diqqətdən kənarda qalmaq məqsədi güdə bilərlər. Amma onlar əmin olmalıdırlar ki, hətta belə məqsədləri olsa belə, yanılırlar. Çünki belələri mütləq ifşa olunub, törətdikləri əməllərə görə mühakimə olunacaqlar.”
Qaynar.info