İraq Şamİslam Dövləti (İŞİD) silahlı qruplaşması yaranandan Azərbaycandan onlaraqoşulanlar olub. Onlar arasında vaxtilə Suriyaya gedərək Bəşər Əsədəqarşı döyüşənlər üstünlük təşkil edir. Ancaq İŞİD İraqı işğal edərəkdağıntılar törətməyə başladıqdan sonra ölkəmizdən bu terror təşkilatınınsıralarına qoşulanların sayı artıb.
Düzdür, zaman-zaman ölkəni tərk edərək İŞİD-ə qoşulmaq istəyənşəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. AmmaAzərbaycanda hazırda İŞİD-ə qoşulmaq istəyənlərin axınının qarşısınıalmaq tam mümkün olmayıb. Azərbaycanda ailəsini atıb, İŞİD-ə görə İraqadöyüşməyə gedənlərdən biri də Ucar sakini Hüseynov Natiq İnqilaboğludur. “Yeni Müsavat” İraqa gedərək İŞİD tərəfindən vuruşan Ucarsakini haqqında bəzi məlumatları toplaya bilib. 1978-ci ildə Ucardaanadan olan Natiq Hüseynov ailəlidir və iki uşaq atasıdır. Uzun müddətidmanın boks növü ilə məşğul olub. Rayondakı işsizlik ucbatından birmüddət Rusiyada yaşayıb. Orada bir müddət işləyib. Ailəsinə dəvaxtı-vaxtında pul göndərirmiş. Bir müddət sonra isə deportasiyaolunub. Ailəsi ilə Bakıya köçməli olan N.Hüseynov burda öz qohumlarınaqoşulub. O tez-tez bağlanan “Əbu-Bəkr” məscidinə gedirmiş.

Bütün nəsli şiə olan N.Hüseynov bu yoldan imtina edərək Bakıdavəhhabilərə qoşulub. Atası İnqilab bunu öyrənəndə onun rayonaqayıtmasını tələb edib. Lakin Natiq atasını dinləməyib. Natiqdən polisəşikayət olunub və Ucarda polis şöbəsinə çağırılarkən deyib ki, heç kimvə heç nə onu bu yoldan döndərə bilməz.
Natiqin növbəti addımı isə vəhhabi olduğuna görə onu qəbul etməyənailəsindən uzaq durmaq və həyat yoldaşından ayrılmaq olub. Evdən qaçanNatiq Hüseynovun sorağı Suriyadan gəlib. O burda müxaliflərə qoşularaqBəşər Əsədə qarşı döyüşüb. Suriyada olarkən Natiq tez-tez ailəsinə zəngvurub. Hətta ailəsini Suriyaya aparmaq istəyib. O ailəsi ilə hər dəfədanışanda İŞİD-in yaranacağının və hər şeyin yaxşı olacağının anonsunuda verirmiş. Natiq Suriyadakı döyüşlərdən sonra İraqa keçib. İŞİD-dəntəklif alan N.Hüseynov bu təklifə müsbət cavab verib və İŞİD-inkeçirdiyi böyük hərbi təlimlərə qatılıb.
İndi isə onun İraqda gedən döyüşlərdə vuruşduğu bildirilir. Ancaqnə öldüsündən, nə də ki qaldısından xəbər var. Atası İnqilab oğlunundərdindən ağır xəstəliyə tutulub, anası isə onu bu yola çəkənlərə lənətoxuyur.
N. Hüseynov barəsində isə Ucar Rayon Polis Şöbəsində cinayət işi açılıb, axtarışa verilib.
Qaynar.info