Dünya 16:20 02.05.2021

İŞİD-in əsas terrorçularından biri İstanbulda ələ keçirildi

İki il əvvəl Suriyada öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən çox güvəndiyi əsas adamlarından biri, kod adı "Basim” olan Əfqanıstan əsilli terrorçu İstanbulda ələ keçirilib.

Qaynarinfo xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Agentliyi və İstanbul terrorla mübarizə polisinin birgə əməliyyatı nəticəsində saxlanılan bu şəxs, eyni zamanda, terror təşkilatının hərbi qruplaşmasının rəhbəri hesab edilir.

2014-cü ildən başlayaraq bir çox terror hadisələrinin törədilməsində təqsirli bilinən, Suriyadan Türkiyə ərazisinə keçərək saxta pasportla İstanbulda yaşayan terrorçu şəhərin Ataşehir rayonunda ələ keçirilib.