
Rusiya Müdafiə Nazirliyi SU-34 təyyarəsinin Aleppoda İŞİD-in ikinci şəxsinin məhv edildiyini açıqlayıb.
Qaynarinfo.Az rus saytlarına istinadən xəbər verir ki, təyyarənin avia zərbələri nəticəsində məhv edilmiş terrorçular içərisində səhra komandiri Əbu Məhəmməd əl-Ədnaninin də olduğu müəyyən edilib.
Mətbuat yazıb ki, Əbu Məhəmməd İŞİD-in KİV-lə əlaqələr üzrə "rəsmi nümayəndəsi" sayılırmış.Qeyd olunur ki, Əbu Bəkr əl-Bağdadidən sonra "İslam Dövləti" terrorçu qruplaşmasının ikinci şəxsi sayılan Əbu Məhəmməd Qərbi Avropa və ABŞ-da terror törədilməsinə çağırışları ilə tanınırmış.
Qızılgül
Qaynarinfo.Az